Zelenski: "Biz Ukrayna ballistikasının yaradılmasını mümkün qədər sürətləndiririk"
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ballistikasının yaradılmasını mümkün qədər sürətləndirmək vəzifəsi ortaya qoyub.
TodayPress "UNİAN"a istinadən bildirir ki, bu barədə Ukrayna lideri videomüraciətində vurğulayıb.
"Mən Baş Qərargahla görüş keçirdim. Briqadalarımızın təminatı, bölmələrin ştat cədvəli ilə bağlı məruzələr var. Həmçinin Ukraynanın raket proqramı, raket işlərimiz, istehsalımız haqqında çox ətraflı məlumat verildi. Məqsəd Ukrayna ballistikasının yaradılmasını mümkün qədər sürətləndirməkdir. Bizim uzaq mənzilli imkanlarımız Ukrayna üçün təhlükəsizliyin aydın və effektiv təminatıdır" o bildirib.
O, əlavə edib ki, hərbi aviasiyanın inkişafı ilə bağlı da müşavirə keçiriləcək.
"Hərbi aviasiya idarəçiliyini gücləndirmək üçün kadr qərarları var. Bu qərar həm Müdafiə Nazirliyində, həm də Baş Qərargahda qəbul edilib" Zelenski bildirib.
Aynur TAC
tag: Ukrayna, Zelenski, Raket,Ballistika, Aviasiya, todaypress.az,