Zelenski Britaniya kralı ilə görüşdü

Dünya

03.03.2025 13:20

1190

Ukrayna prezidenti Volodimir Zelenski Norfolkdakı Sandrinqem malikanəsində Britaniya kralı III Çarlz ilə görüşüb. 

TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. 

Zelenski Londondan helikopterlə uçaraq kral və kraliçanın yerləşdiyi mülkə gəlib.   

Görüşdən əvvəl, Zelenski və III Çarlz malikanənin eyvanında qısa bir söhbət edib və birgə fotolar çəkdiriblər. 

Nicat Osman

tag: Ukrayna,Britaniya,Zelenski,Kral Çarlz,Todaypress.az,