Zelenski Britaniyanın Baş naziri ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski artıq Böyük Britaniyadadır. O, Britaniyanın Baş naziri Kir Starmer ilə görüşəcək.
TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Martın 2-də isə Kir Starmer Londonda Avropa liderlərinin görüşünü təşkil edəcək. Məqsəd Ukrayna ilə bağlı sülh sazişinin həyata keçirilməsini təmin etməyin yollarını müzakirə etməkdir.
Nicat Osman
tag: Zelenski,Kir Starmer,Avropa,Liderlər,London,Görüş,Todaypress.az,