Zelenski bu gün Trampla danışacaq
Ukrayna prezidenti Volodimir Zelenski martın 19-da Amerika lideri Donald Trampla danışacaq.
TodayPress "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski Finlandiya prezidenti Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında məlumat verib.
"Bu gün prezident Trampla təmasda olacağam. Onunla təfərrüatları müzakirə edəcəyik. Düşünürəm ki, hər şey yaxşı formada irəliləyəcək. Mən Trampdan Putinlə söhbətinin təfərrüatlarını şəxsən soruşacağam" deyə o, əlavə edib.
Zelenskinin sözlərinə görə, müharibə bu il bitə bilər. Lakin Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı var.
O, həmçinin vurğulayıb ki, Rusiya tərəfindən nəzarətə götürülən ərazilərin hazırda Ukrayna tərəfindən tanınması qəbuledilməzdir. Ukrayna ədalətli sülhə çalışır.
Qeyd edək ki, Tramp və Zelenski arasında sonuncu ictimai dialoq münaqişə ilə başa çatıb.
Ukrayna prezidenti fevralın 28-də Ağ Evə səfər edib.
Söhbət zamanı Donald Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə Zelenski arasında mübahisə yaranıb.
Töhfə Səməd
tag: Ukrayna,Zelenski,ABŞ,Tramp,Todaypress.az,