Zelenski Cənubi Afrikaya səfər edəcək
Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Afrika Respublikasına rəsmi səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikası prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya bildirib.
Onun sözlərinə görə, dövlət səfəri 2025-ci il aprelin 10-da baş tutacaq. Bu, Cənubi Afrikanın Rusiya və Ukrayna arasında vasitəçilik etmək üçün davam edən səylərinin bir hissəsidir. Ölkəyə dəvəti Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa edib.
Türkan İsgəndərli
tag: Zelenski,Ukrayna,Cənubi Afrika,Səfər,Todaypress.az,