Zelenski Fransada tənqid olundu

Dünya

02.04.2025 13:37

1354

"Ukrayna prezidenti Volodimir Zelenskinin bir sıra ölkələrin nümayəndələri ilə gözlənilən görüşlə bağlı açıqlamaları qoşunların Ukrayanaya göndərilməsi ideyasının irəli sürüldüyündən xəbər verir". 

TodayPress xəbər verir ki, bu barədə Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot bildirib. 

Onun sözlərinə görə, Zelenskinin açıqlamalarından bu çıxır ki, Fransa Ukraynaya Rusiyaya qarşı ordu göndərir. Parisin isə əslində məqsədi sülhün əldə olunmasıdır.  Q

eyd edək ki, martın 16-da Fransa prezidenti Emmanuel Makron Aİ ölkələrinin Kiyev, Lvov və Odessaya sülhməramlılar göndərmək  istəyini açıqlayıb. 

Türkan İsgəndərli

tag: Ukrayna,Zelenski,Fransa,Tənqid,Todaypress.az,