Zelenski G7 sammitinə dəvət edildi
Kanadanın yeni Baş naziri Mark Karni
Ukrayna Prezidenti Volodimir Zelenskini “Böyük yeddiliy”in (G7) sammitinə dəvət
edib.
TodayPress xəbər verir ki, bu barədə “The Times”
nəşri məlumat yayıb.
Zelenskini tərəflər arasında dünən baş tutan telefon
danışığı zamanı G7 sammitinə dəvət edilib.
“Prezident Zelenski iyun ayında Albertada keçiriləcək G7
toplantısına dəvət olunub” Kanada hökumətinin sözçüsü söyləyib.
Qeyd edək ki, bu il G7-yə sədrlik edən Kanada iyunun
15-17-də ölkənin qərbindəki Alberta əyalətinin Kananaskis şəhərində sammitə ev
sahibliyi edəcək.
Xatırladaq ki, G7-yə Böyük Britaniya, Kanada, Fransa,
Almaniya, İtaliya, Yaponiya və ABŞ daxildir. Martın 12-dən 14-dək G7-nin xarici
işlər nazirləri Kanadanın La Malbe şəhərində görüşüblər. Kanada G7-yə 2025-ci
il yanvarın 1-dən sədrlik etməyə başlayıb.
tag: Kanada, Baş Nazir, Ukrayna, Zelenski, Mark Karni, todaypress.az,