Zelenski: Hələlik Rusiya ilə sülh sazişindən söhbət getmir
Ukrayna ilə Rusiya arasında sülh sazişinin
bağlanmasından danışmaq hələ tezdir.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Prezidenti
Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib.
“Bu gün, təəssüf ki, sülh sazişindən söhbət getmir. Çünki
müharibə üç ildir davam edir, çoxlu sayda ölümlər, dağıntılar, ilk növbədə də
insanların həyatlarının məhv olması halları mövcuddur” o deyib.
Zelenski əlavə edib ki, Ukrayna ilə Kreml rəhbəri
arasında vasitəçilik axtarmağa ehtiyac yoxdur və Kiyevin indi ABŞ Prezidenti
Donald Trampın möhkəm dəstəyinə ehtiyacı var.
Onun sözlərinə görə, sülh sazişi ilə bitəcək müharibə
planını Ukrayna ilə ABŞ dəstəkləməlidir. “Avropa ölkələrinin də rolu vacibdir,
çünki söhbət təhlükəsizlik zəmanətlərindən gedir”.
Zelenski vurğulayıb ki, Avropanın danışıqlar masası
arxasındakı səsi Ukrayna üçün çox vacibdir, çünki ölkə tezliklə Avropa
İttifaqının tamhüquqlu hissəsinə çevriləcək.
tag: Ukrayna, Zelenski, Avropa, Tramp, todaypress.az,