Zelenski ilk dəfə qalmaqallı "Oval" görüşündən danışdı

Dünya

26.03.2025 10:22

2153

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ prezidenti Donald Trampla baş tutan və qalmaqalla nəticələnən görüşlə bağlı ilk dəfə açıqlama verib.   

TodayPress xəbər verir ki, “Time” jurnalına danışan Zelenski Oval kabinetdəki həmin dialoqda Ukraynanın ləyaqətini müdafiə etdiyini bildirib. 

Onun sözlərinə görə, əsas məsələ dialoqun necə səslənməsi deyil, Ukrayna xalqının ABŞ-ni daima müttəfiq olaraq görmək istəməsidir: 

“Amma həmin an hiss olunurdu ki, biz artıq müttəfiq deyilik, ya da ən azı müttəfiq mövqedə dayanmırıq. Bu, Ukraynanın ləyaqət məsələsidir. Mən o söhbətdə məhz ləyaqətimizi qoruyurdum.” 

Qiymət Mahir

tag: Zelenski,ABŞ,Ukrayna,Görüş,Tramp,Todaypress.az,