Zelenski Makronla əlaqə saxlamaqdan imtina etdi
Ukrayna prezidenti Volodimir Zelenski media ilə əlaqə saxladığı üçün ona zəng edən fransalı həmkarı Emmanuel Makronla danışa bilməyib.
TodayPress xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
“Zelenskinin "Zoom" brifinqi zamanı Makron ona telefonla zəng edib. Ukrayna prezidenti telefonu qaldırıb, hazırda jurnalistlərlə danışdığını bildirib və 15-20 dəqiqədən sonra yenidən zəng edəcəyinə söz verib” deyə nəşr yazıb.
Bundan sonra Zelenski jurnalistlərə Makrondan zəng aldığını təsdiqləyib.
Siyasətçinin sözlərinə görə, o, Fransa lideri ilə gündə orta hesabla bir dəfə telefonda danışır.
Töhfə Səməd
tag: Zelenski,Makron,Telefon,İmtina,Todaypress.az,