Zelenski Makronla görüşdü
Ukrayna prezidenti Volodimir Zelenski Vatikanda ABŞ prezidenti Donald Trampla danışdıqdan sonra Fransa lideri Emmanuel Makron ilə nizamlanma prosesini müzakirə edib.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Volodimir Zelenski və Emmanuel Makron gələcək sülh səylərini müzakirə etmək üçün təkbətək görüşdədirlər" Sıbiqa yazıb.
O, iki prezidentin söhbətinin fotosunu yayıb. Əlavə məlumat verilməyib.
Töhfə Səməd
tag: Ukrayna ,Volodimir Zelenski,Fransa,Emmanuel Makron,todaypress.az,