Zelenski Mertslə danışıqlar aparır
Ukrayna prezidenti Volodimir Zelenski Bundestaq seçkilərində qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri və Almaniyanın gələcək kansleri Fridrix Merzlə danışıqlar aparıb.
TodayPress xəbər verir ki, bu barədə o, "X"də yazıb.
“Bundestaq seçkilərində qalib gələn CDU partiyasının lideri Fridrix Mertslə xoş söhbət, koordinasiya edilmiş mövqelər. Dəstəyinizə görə minnətdaram" Zelenski yazıb.
O əlavə edib ki, Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında liderdir və respublikanın maliyyə sabitliyinin təmin edilməsində böyük rol oynayır.
Töhfə Səməd
tag: Volodimir Zelenski,Bundestaq,Fridrix Merz,X,Almaniya,Ukraniya,todaypress.az,