Zelenski: Ordumuz Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirdi
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində keçirdikləri əməliyyatla
Rusiya qüvvələrini digər ərazilərdən uzaqlaşdıraraq öz vəzifəsini yerinə
yetirib.
TodayPress
xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“İndi vəziyyət
çox çətindir. Bu əməliyyata görə əsgərlərimizə ancaq təşəkkür edə bilərəm.
Onlar, tapşırığı yerinə yetirdilər. Əvvəlcə Xarkov istiqamətində təzyiq azaldı,
sonra onlar qoşunlarını şərq istiqamətindən çıxarmağa başladılar. Düşünürəm ki,
hazırda Pokrovsk istiqamətində vəziyyət stabildir” deyə Zelenski bildirib.
Qeyd edək
ki, son bir həftə ərzində Rusiya ordusu Kursk vilayətinin bir çox yaşayış məntəqəsini,
o cümlədən 7 aydan artıq Ukraynanın nəzarətində olan Sudja şəhərini nəzarətə
götürüb.
tag: Ukrayna, Zelenski, Kursk, Rusiya, Kiyev, todaypress.az,