Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır
“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə
ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”
TodayPress
xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram”
kanalında yazıb.
"Dünən
biz Putinin bəyanatlarını eşitdik. O, açıq şəkildə bəzi şərtlər irəli sürür ki,
bu da onun heç bir atəşkəs istəmədiyini göstərir. Ona müharibə lazımdır. Bu, həmişə
bəlli olub və indi də göz qabağındadır" Zelenski bildirib.
Zelenski
həmçinin Putinin döyüş meydanındakı real vəziyyət barədə, itkilər barədə, ölkə
iqtisadiyyatının real vəziyyəti barədə yalan danışdığını və diplomatiyanın
iflasa uğraması üçün əlindən gələni etdiyini deyib.
“Putin
bu müharibədən çıxa bilməz, çünki çıxsa o zaman onun heç nəyi qalmayacaq”, -
deyə Zelenski bildirib.
Zelenskinin
fikrincə, məhz buna görə də Putin diplomatiyanı sabotaj etmək üçün mümkün olan
hər şeyi edir. Çünki o əvvəldən, hətta atəşkəsdən əvvəl də son dərəcə çətin və
qəbuledilməz şərtlər qoyurdu.
"Putin
Minskdə etdiyi kimi hamını sonsuz müzakirələrə sürükləməyə çalışacaq, ordusu
insanları öldürməyə davam etdiyi halda özü mənasız danışıqlara günlər, həftələr
və aylar sərf edəcək. Putinin irəli sürdüyü hər bir şərt sadəcə olaraq
diplomatiyaya mane olmaq cəhdidir. Rusiya belə işləyir. Biz də bu barədə xəbərdarlıq
etmişdik"Zelenski deyib.
tag: Putin, Zelenski, Ukrayna, Atəşkəs, Rusiya, todaypress.az,