Zelenski: Putin faktiki olaraq 30 günlük atəşkəsdən imtina etməyə hazırlaşır
Vladimir Putin indi
faktiki olaraq ABŞ-nin müharibədə 30 günlük atəşkəs təklifindən imtina etməyə
hazırlaşır.
TodayPress “UNİAN “a istinadən xəbər
verir ki, bunui Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Biz indi hamımız
Rusiyadan cəbhədə sakitlik ideyasına cavab olaraq Putindən çox proqnozlaşdırıla
bilən, manipulyasiya xarakterli sözlər eşitdik. O, faktiki olaraq atəşkəsdən
indidən imtina hazırlaşır. Putin, təbii ki, prezident Trampa bu müharibəni
davam etdirmək istədiyini, ukraynalıları öldürmək istədiyini birbaşa
söyləməkdən qorxur” Zelenski” qeyd edib.
Zelenskinin sözlərinə
görə, Putin tez-tez oxşar taktikalara əl atır.
tag: Zelenski, Ukrayna, Rusiya, Putin, Tramp, todaypress.az,