Zelenski: “Rusiya ilə atəşkəs çətindir”
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəsin əldə olunmasını “çox çətin ilk addım” adlandırıb və bu prosesin mürəkkəbliyinə diqqət çəkib.
TodayPress xəbər verir ki, “Ukrinform” agentliyi məlumat yayıb.
“Görürsünüz, təkcə atəşkəs — ilk addım belə nə qədər çətindir” deyə Zelenski bəyan edib.
O əlavə edib ki, atəşkəsdən sonra bəzi ölkələrin Ukraynanın Rusiya ilə “təkbətək qalmasını” istəyəcəyi ilə bağlı siqnallar alırlar.
Zelenski ABŞ daxilində də Kiyevə dəstək və danışıqlar prosesi ilə bağlı fikir ayrılıqları olduğunu vurğulayıb.
Qiymət Mahir
tag: Zelenski,Ukrayna,Rusiya,Sülh,Todaypress.az,