Zelenski: "Rusiyanı dayandırmaq üçün bizə dünyanın birgə gücü lazımdır"

Dünya

03.03.2025 17:15

2440

"Ukrayna öz layiq olduğu normal və təhlükəsiz həyat uğrunda, ədalətli və etibarlı sülh uğrunda mübarizə aparır". 

TodayPress xəbər verir ki, bunu Ukraynanın lideri Volodimir Zelenski öz "Telegram" hesabında yazıb. 

Onun sözlərinə görə, ölkəsi müharibənin sona çatmasını istəyir: "Lakin Rusiya bunu istəmir və hava terrorunu davam etdirir: keçən həftə ərzində şəhərləri dağıtmaq və insanları öldürmək məqsədilə 1050-dən çox dron zərbəsi, 1300-ə yaxın hava bombası və 20-dən çox raket atılıb. 

Danışıqlar istəyən tərəf insanlara qarşı qəsdən ballistik zərbələr endirməz. Rusiyanı zərbələri dayandırmağa məcbur etmək üçün bizə dünyanın daha böyük birgə gücü lazımdır.

Hava hücumlarına qarşı müdafiəmizi gücləndirmək, ordumuza dəstək olmaq və Rusiya təcavüzünün qarşısını birdəfəlik almaq üçün etibarlı təhlükəsizlik zəmanətlərini təmin etməliyik. Biz məhz buna diqqət yetirməliyik. Ədalət qalib gəlməlidir. Biz birlik gücünə inanırıq və mütləq etibarlı sülhə nail olacağıq".

Töhfə Səməd

tag: Ukrayna ,Volodimir Zelenski,Rusiya,Sülh,todaypress.az,