Zelenski: “Rusiyanın hər vədi raketlə sona çatır”

Dünya

05.04.2025 11:20

1600

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya tərəfindən Krivoy Roq, Xarkov və Xersona edilən hücumlara dair açıqlama yayıb. 

TodayPress xəbər verir ki, Zelenski bu barədə şəxsi “X” hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, Xersonda da Rusiyaya məxsus “FPV” dronu enerji obyektini, Xerson İstilik Elektrik Stansiyasını hədəfə alıb.

O vurğulayıb ki, bu hücumlar təsadüfi deyil və Rusiya tərəfi dəqiq olaraq hansı obyektləri vurduğunu bilir.

“Bunlar elə obyektlərdir ki, Rusiya özü ABŞ qarşısında hücum etməyəcəyinə söz vermişdi. Ancaq hər rus vədi raket və ya dronla, bombalar və ya artilleriya ilə başa çatır. Onlar üçün diplomatiyanın heç bir mənası yoxdur”  deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Rusiya yalnız sözlərlə deyil, güclü təzyiqlərlə dayandırıla bilər: 

“Atəşkəs artıq martın 11-dən bəri mümkün idi. Amma Putin bu imkandan imtina etdi. Məhz Moskva sülhü istəmir”.

Zelenski beynəlxalq ictimaiyyətə və xüsusilə ABŞ, Avropa və digər tərəfdaşlara səslənərək, Rusiyaya qarşı yetərli təzyiq göstərilməsini və bunun sülhə real töhfə verəcəyini bildirib. 

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,Rusiya,Raket,Todaypress.az,