Zelenski seçkilərin keçirilməsinə razı olacaq?
Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Tino Krupalla Ukrayna prezidenti Volodimir Zelenskini seçki keçirməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə sədr özünün sosial şəbəkə hesabında məlumat verib.
O, Zelenskinin Bundestaqda çıxışını tənqid edərək, AfD fraksiyasının iclasda iştirak etmədiyini bildirib.
Krupalla qeyd edib ki, Zelenski prezident qalmaq istəyirsə, seçki keçirməlidir.
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət səbəbi ilə prezident seçkiləri təxirə salınıb.
Nicat Osman
tag: Zelenski,Almaniya,Ukrayna,Bundestaq,Todaypress.az,