Zelenski Səudiyyə Ərəbistanına getdi

Dünya

11.03.2025 08:49

791

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

TodayPress AFP-yə istinadən xəbər verir ki, Zelenski orada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla Ər-Riyadda görüşəcək.

 

Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ-lə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.

Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında danışıqlar aparacaq.

tag: Zelenski, Ərəbistan, Ukrayna, Rusiya, Ər-riyad, todaypress.az,