Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşdü
Ukrayna prezidenti Volodimir Zelenski martın 11-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Ciddə şəhərində baş tutan görüşdə Ukraynada sülhə doğru atılan addımları müzakirə etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Zelenski “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Biz müharibəni dayandırmaq və etibarlı, davamlı sülhü təmin etmək üçün lazım olan şərtləri ətraflı müzakirə etdik” deyə Zelenski bildirib.
O əlavə edib ki, danışıqlarda məhbusların azad edilməsi, ukraynalı uşaqların Rusiyadan qaytarılması və Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin formatları da müzakirə olunub.
ABŞ komandası ilə qarşıdakı danışıqlarda Ukraynanın mövqeyinin “tam konstruktiv” olacağını vurğulayan Zelenski praktik nəticələrə ümid etdiyini bildirib.
Görüşdə həmçinin iqtisadi əməkdaşlıq, investisiyalar və Ukraynanın yenidən qurulması da müzakirə edilib.
Aysel Mətləb
tag: Zelenski,Ukrayna,Səudiyyə Ərəbistanı,Məhəmməd bin Salman,Todaypress.az,