Zelenski Trampa meydan oxuyur

Dünya

21.03.2025 14:10

2533

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna nüvə stansiyalarını (AES) Ağ Evə təhvil verməkdən imtina edərək ABŞ prezidenti Donald Trampa meydan oxuyub. 

TodayPress xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

“Zelenski Trampa meydan oxuyur, xəbərdarlıq edir” deyə nəşr yazıb.

Bildirilib ki, bu məsələ Zelenskinin bəyanatı ilə əlaqədardır. O, Ağ Evin təklifinə baxmayaraq, Ukrayna AES-lərinin ABŞ-nin nəzarətinə verilməsi imkanını nəzərdən keçirmədiyini bildirib.

Aysel Mətləb

tag: Zelenski,Ukrayna,ABŞ,todaypress.az,AES,