Zelenski Trampdan nə istəyib?

Dünya

30.04.2025 12:53

8

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Vatikanda baş tutan görüş zamanı ondan münaqişənin həlli üçün aparılan danışıqlardan geri çəkilməməsini xahiş edib.

TodayPress xəbər verir ki, bu barədə "The Economist" jurnalı məlumat yayıb.

Məlumata görə, görüş cəmi 15 dəqiqə davam edib. Zelenski bu müddət ərzində Trampı Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğuna inandırmağa çalışıb, lakin Moskvanın bu cür addıma hazır olmadığını bildirib.

Həmçinin Zelenski Trampın sülh danışıqlarında iştirakı davam etdirməsinin vacibliyini vurğulayıb və yalnız onun münaqişəni dayandıra biləcəyinə inandığını deyib.

Qeyd edək ki, aprelin 26-da Vatikanda Papa Fransisklə keçirilən vida mərasimi çərçivəsində Tramp və Zelenski arasında qısa ikitərəfli söhbət baş tutub.

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna ,Zelenski,todaypress.az,