Zelenski: “Trampdan üzr istəmək fikrim yoxdur”
Ukraynanın prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla gərgin müzakirələrdən sonra ondan üzr istəmək niyyətində olmadığını bildirib.
TodayPress “BBC”yə istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib və mövqeyində qəti olduğunu vurğulayıb.
O, fevralın 28-də Ağ Evdə baş verən mübahisəyə toxunaraq, orada heç bir təhqiramiz ifadə işlətmədiyini deyib.
Zelenskinin fikrincə, hazırkı danışıqlar mərhələsində Ukraynanın keçmiş ərazilərindən imtina məsələsi müzakirə olunmamalıdır.
Bununla belə, o, Oval kabinetdə yaşanan hadisələrə görə təəssüfünü ifadə edib.
Zelenski həmçinin qeyd edib ki, Vaşinqtona uzun və çətin səfər edib, bu da özü-özlüyündə ABŞ-yə hörmətin göstəricisidir. O, Ağ Evdə baş tutan müzakirələrin heç bir tərəf üçün müsbət olmadığını bildirib.
Qiymət Mahir
tag: Tramp,Zelenski,ABŞ,Ukrayna,Üzr,Todaypress.az,