Zelenski Trampı Ukraynaya dəvət etdi

Dünya

14.04.2025 10:28

15

Ukrayna lideri Volodimir Zelenski Kiyevin Moskvaya etibar edə bilməyəcəyini deyib. 

TodayPress xəbər verir ki, o, bu barədə "CBS" telekanalına müsahibəsində bildirib. 

Eyni zamanda, Zelenski ABŞ-nin münaqişədə bitərəf qalmaq istəyini yanlış hesab etdiyini açıqlayıb.

Ukrayna liderinin sözlərinə görə, ABŞ-də prezident Donald Trampın rəhbərliyi altında "rusiyayönümlü" siyasət üstünlük təşkil edir. 

O, həmçinin Trampı Ukraynaya dəvət edib. Zelenski hesab edir ki, Tramp Ukraynaya səfərindən sonra Rusiyanın Ukraynaya nə etdiyini daha yaxşı başa düşəcək. 

Türkan İsgəndərli

tag: Ukrayna,Zelenski,ABŞ,Tramp,Dəvət,Todaypress.az,