Zelenski Trampın Putinlə telefon danışığına münasibət bildirdi
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin
arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə
də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır.
TodayPress xəbər verir ki, bunu çərşənbə axşamı brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Düşünürəm
ki, ukraynalılar nə baş verdiyini anlayırlar. Hazırda Ukraynada narahatlıq var.
Yəni, bu, prinsipcə, baş verənlərə cavabdır. Bildiyimə görə, ruslar Prezident
Trampla söhbəti zamanı dərhal enerji infrastrukturuna hücumların dayandırılması
əmrini verdilər" deyə Zelenski bildirib.
Onun fikrincə,
Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə
apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən
tam atəşkəs təklifi irəli sürülüb.
tag: ABŞ, Tramp, Putin, Zelenski, Ukrayna, todaypress.az,