Zelenski Trampla yenidən görüşəcək?
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampdan təklif gözləyir.
TodayPress xəbər verir ki, o, bu barədə çıxışı zamanı deyib.
Ukrayna başçısı Vaşinqtona gəlmək üçün rəsmi dəvət almadığını bildirib.
O, Amerika tərəfi ilə istənilən danışıqların hər iki ölkə üçün müsbət nəticələr verəcəyinə inanır.
“ABŞ prezidenti ilə istənilən görüş konkret qərarlarla yekunlaşmalıdır. Bu gün cəmiyyət bizdən təsirli addımlar gözləyir, ona görə də biz bu cür dialoqlara hərtərəfli hazırlaşmalıyıq” deyə Zelenski qeyd edib.
Xatırladaq ki, fevralın 28-də Ağ Evdə baş tutan Zelenski-Tramp görüşü qalmaqalla bitmişdi.
Türkan İsgəndərli
tag: Zelenski,Ukrayna,Tramp,ABŞ,Görüş,Todaypress.az,