Zelenski: “Uitkoff Kremlin tezislərini təkrar edir”

Dünya

27.03.2025 10:46

1326

“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun açıqlamaları Ukraynaya zərər vurur və sülhə aparan yolu çətinləşdirir”. 

TodayPress xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu fikirləri “France 2” telekanalı da daxil olmaqla Avropanın bir sıra media orqanlarına müsahibəsində səsləndirib. 

Zelenskinin fikrincə, Uitkoffun çıxışları Kreml ritorikasına bənzəyir və Kiyevin mövqeyinə ziddir: 

“O, çox zaman Kremlin narrativlərini təkrarlayır. Bu isə bizi sülhə yaxınlaşdırmır. Əksinə, Ukraynanın apardığı mübarizədə çətinliklər yaradır. Bu cür bəyanatlar Vaşinqtonun Moskva üzərindəki təzyiqini zəiflədə bilər”  deyə Zelenski bildirib. 

Qiymət Mahir

tag: Zelenski,Stiven Uitkoff,ABŞ,Rusiya,Ukrayna,Todaypress.az,