Zelenski: Ukrayna ABŞ-ın hərbi yardımını borc kimi tanımayacaq
“Ukrayna Vaşinqtondan
gələn hərbi yardımı borc kimi tanımayacaq.”
TodayPress
xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlaması
zamanı deyib.
"European
Pravda" qəzeti əlində olan sənədin surətinə istinadən yazıb ki, Ukrayna və
ABŞ arasında mineral ehtiyatlara dair yeni saziş layihəsi Kiyevdən, göstərilən
bütün yardımları kompensasiya etməyi tələb edir. Sözügedən kompensasiyanın
məbləği 120 milyard dolları keçə bilər.
Zelenski isə məsələ ilə bağlı açıqlaması zamanı Ukraynanın ABŞ-dan mineral ehtiyatlar üzrə yeni saziş layihəsini aldığını deyib. Onun sözlərinə görə bu, əvvəlki sazişdən tamamilə fərqli bir sənəddir. Daha sonra Ukraynanın ABŞ-ın hərbi yardımını borc kimi tanımayacağını vurğulayan Zelenski sözlərinə belə davame dib: “Biz dəstəyə görə minnətdarıq. Lakin bu, kredit deyil və biz buna imkan verməyəcəyik”.
tag: Zelenski,Ukrayna, ABŞ,Borc, Vaşinqton, todaypress.az,