Zelenski: "Ukrayna atəşkəsə hazırdır"
"İndi diqqəti atəşkəs və müharibəni bitirmək üçün plan hazırlamağa yönəltməliyik".
TodayPress xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Publika” telekanalına müsahibəsində deyib.
Lider əlavə edib ki, Ukrayna Rusiya ilə 30 günlük atəşkəsə hazırdır. Zelenski həmçinin davamlı atəşkəs üçün Ukraynaya texniki yardım lazım olduğunu bildirib.
“Bu, Ukraynanın təhlükəsizliyinə zəmanət verən mərhələli plandır. Əgər bütün bunlar həyata keçirilsə, müharibə başa çatacaq. Müharibə başa çatdıqdan sonra hərbi vəziyyət aradan qaldırılacaq” o yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Zelenski,Ukrayna,Rusiya,Atəşkəs,Todaypress.az,