Zelenski: “Ukrayna danışıqlardan kənar qala bilməz”

Dünya

14.02.2025 11:48

1490

“ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı keçirilən danışıqlarda Ukraynanın iştirakı təmin olunmazsa, rəsmi Kiyev nəticələri tanımayacaq”. 

TodayPress xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərini “Reuters” yayıb.

“Bu gün vacib olan odur ki, hadisələr Rusiya Prezidenti Vladimir Putinin planına uyğun inkişaf etməsin. O, danışıqların ikitərəfli olmasını istəyir. Avropa ölkələri də burada təmsil olunmalıdır” deyə Zelenski vurğulayıb.

 Jurnalistlər Donald Trampın əvvəlcə Vladimir Putin, sonra isə onunla danışmasını necə qarşıladığını soruşduqda, Zelenski ABŞ Prezidentinin onun mövqeyindən xəbərdar olduğunu bildirib.

“Düşünürəm ki, Ukrayna prioritet olmalıdır. Müharibədəyik və Putin bizə qarşıdır” deyə Ukrayna lideri qeyd edib.

Onun sözlərinə görə, Tramp eyni anda həm Ukrayna, həm də Rusiya ilə dialoq aparmaq istəyini ifadə edib.

“O, söhbət zamanı Putin və Rusiyanın onun üçün prioritet olduğunu söyləmədi. Biz bu sözlərə etibar edirik” deyə Zelenski əlavə edib.

Bundan başqa, Ukrayna Prezidentinin fikrincə, ABŞ-nin dəstəyinin qorunub saxlanması Kiyev üçün olduqca vacibdir.

“Mən Trampın Putinə zəng etməsini Rusiyanın onun üçün prioritet olması kimi qəbul etmirəm. Amma bu, əlbəttə ki, xoş deyil. Çünki biz – Ukrayna cəmiyyəti və Avropa tərəfdaşlarımız – gözləyirik ki, Ukrayna birinci yerdə olsun. Ukrayna ilə bağlı heç nə Ukraynanın iştirakı olmadan baş verə bilməz” deyə Zelenski vurğulayıb.

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,Rusiya,Putin,Tramp,ABŞ,todaypress.az,