Zelenski: “Ukrayna müharibəsi Üçüncü Dünya müharibəsinə çevrilə bilər”
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı müharibənin Üçüncü Dünya müharibəsinə çevrilə biləcəyini istisna etməyib.
TodayPress xəbər verir ki, o, bu barədə ABŞ-nin “CBS News” kanalına verdiyi müsahibəsində danışıb.
Dövlət başçısının sözlərinə görə, əgər dünya ictimaiyyəti Rusiya qarşısında qətiyyət göstərməzsə, prezident Vladimir Putin daha da irəliləyəcək: “Bu, sadəcə fərziyyə deyil, real təhlükədir. Putinin əsas məqsədi Rusiya imperiyasını dirçəltmək və NATO-nun qoruduğu əraziləri geri qaytarmaqdır. Bütün bu məqamları nəzərə alaraq hesab edirəm ki, mövcud vəziyyət qlobal müharibəyə çevrilə bilər”.
Zelenski həmçinin vurğulayıb ki, əgər bu ssenari reallaşarsa, dünyada “heç kim üçün təhlükəsiz yer qalmayacaq”.
Qiymət Mahir
tag: Ukrayna,Zelenski,Rusiya,Müharibə,Todaypress.az,