Zelenski: "Ukrayna qeyd-şərtsiz atəşkəsə hazırdır"

Dünya

01.05.2025 19:00

11

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin tam və qeyd-şərtsiz atəşkəsə hazır olduğunu bəyan edib. 

TodayPress xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.

"Ukrayna kifayət qədər müddətə tam və qeyd-şərtsiz atəşkəsə hazırdır. Bu, sülhə doğru ilk addım olmalıdır. Bizə dəstək olan hər kəsə təşəkkür edirik" deyə Zelenski bildirib.

Ukrayna lideri, həmçinin, Lüksemburqun xarici işlər naziri Xavier Bettel və müdafiə naziri Yuriko Bakes ilə keçirdiyi görüş barədə məlumat verib.

Görüş zamanı Kiyevə göstərilən hərbi və enerji dəstəyinə görə təşəkkürünü ifadə edən Zelenski, diplomatik yollarla davamlı sülhə nail olmağın vacibliyini də vurğulayıb.

Türkan isgəndərli

tag: Zelenski,Ukrayna,Lüksemburq ,Rusiya,todaypress.az,