Zelenski: "Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır"

Dünya

16.03.2025 03:34

2477

Rusiyanın Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı qərarlara təsir etmək hüququ yoxdur. Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır.

TodayPress “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

“Bu kontingentlə bağlı ruslara qulaq asmaq çox pis fikirdir. Kontingent Ukraynada yerləşdirilməlidir. Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır”-deyə, o bildirib.

Eyni zamanda, Zelenski qeyd edib ki, əgər Vladimir Putin Rusiya ərazisinə hansısa xarici kontingenti yerləşdirmək istəyirsə, bu, onun işidir:

“Ancaq Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı nə isə qərar vermək onun işi deyil”.

Xatırladaq ki, ötən gün Ukrayna ABŞ-ın Rusiya ilə 30 günlük atəşkəs təklifini qəbul edib. Artıq martın 13-də ABŞ rəsmiləri Rusiya tərəfi ilə bu məsələni müzakirə etməyə başlayıblar. Lakin Moskva hələlik yekun cavab verməyib.

 

tag: Zelenski, Ukrayna, Rusiya,Putin,Avropa, todaypress.az,