Zelenski: Ukrayna və Finlandiya koalisiya yaradacaq
Kiyev və Helsinki Ukraynada sığınacaqlar tikmək üçün beynəlxalq koalisiya yaradacaqlar.
TodayPress xəbər verir ki, alyansın yaradılmasını Ukrayna lideri Volodimir Zelenski Finlandiya prezidenti Aleksandr Stubb ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Nazirlər bu gün koalisiyanın yaradılması ilə bağlı sənəd imzalayacaqlar. Mən Finlandiyaya Ukraynada sığınacaqların tikintisinə kömək etmək istəyinə və bu işə Avropadakı başqalarını da cəlb etmək istəyinə görə təşəkkür edirəm” deyə Ukrayna lideri bildirib.
O, Finlandiyanın Rusiya və Belarusla sərhəddə istehkamların yaradılması təcrübəsinin koalisiyada faydalı olacağına əminliyini ifadə edib. Brifinq zamanı Zelenski Ukrayna ilə bağlı gələcək danışıqlarda ərazi məsələsinin müzakirə olunduğunu da etiraf edib.
O, əlavə edib ki, münaqişənin həlli istiqamətində ilk addım atəşkəs olmalıdır.
Töhfə Səməd
tag: Zelenski,Ukrayna,Finlandiya,Koalisiya,Todaypress.az,