Zelenski: "Ukraynada hərbi vəziyyət yalnız müharibə başa çatdıqdan sonra ləğv edilə bilər"
Ukraynada hərbi vəziyyət
yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcək.
TodayPress Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu
barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.
Atəşkəsdən sonra hərbi vəziyyətin ləğvinin mümkünlüyü ilə
bağlı sualı cavablandıran Zelenski qeyd edib ki, əsas mərhələ atəşkəsdir.
“Biz atəşkəsə hazırıqmı? Bəli. Məsələ Rusiya tərəfinin
buna hazır olub-olmamasıdır” Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar tərəfindən
atəşkəs prosesinin texniki monitorinqi də vacibdir: “Göydə və dənizdə sükutu
izləmək mümkündür, amma hər yerdə atəşkəsdən danışırıqsa, tərəfdaşlardan
texniki dəstək lazımdır”.
Zelenski bildirib ki, müharibənin dayandırılması və
Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi üçün mərhələli plan
hazırlandıqdan sonra onun mərhələli şəkildə həyata keçirilməsinə başlanılacaq.
“Müharibə bitdikdən sonra hərbi vəziyyət ləğv ediləcək.
Ardından Ukrayna qanunvericiliyinə uyğun şəkildə seçkilər keçiriləcək. Heç kim
bilərəkdən heç nəyi təxirə salmayacaq” Ukrayna Prezidenti söyləyib.
Xatırladaq ki, bundan əvvəl Donald Trampın Ukrayna və
Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ABŞ-nin Kiyevdən 2025-ci ilin sonuna
qədər, xüsusən də Rusiya ilə atəşkəs əldə olunacağı halda, seçki keçirməsini
istədiyini bəyan etmişdi.
tag: Ukrayna, Rusiya, Zelenski, Müharibə, Sülh, todaypress.az,