Zelenski Ukraynanı İsraillə müqayisə etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın İsrailin əldə etdiyi kimi müttəfiqlərindən təhlükəsizlik zəmanəti olaraq, Kiyevin çoxlu sayda raketlərə, güclü orduya, Avropa Birliyinə qoşulmasına və müdafiə sazişlərinə ehtiyacı olduğunu deyib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün “Telegram” kanalında məlumat verib.
“Biz bunun necə işlədiyini həqiqətən bilmirik, lakin İran İsrailə hücum edəndə ABŞ, Fransa, Böyük Britaniya və başqaları İsraili qorumağa başladılar. İsrail NATO-da deyil. Bu o deməkdir ki, o, ABŞ, Fransa, İngiltərə və digər müttəfiqlərdən xüsusi təhlükəsizlik zəmanətlərinə malikdir. Düşünürəm ki, buna həqiqətən ehtiyacımız var” deyə o bildirib. Nicat Osman
tag: Volodimir Zelenski,Ukrayna,İsrail,Telegram,Todaypress.az,