Zelenski Ukraynanın diplomatik korpusunda kadr dəyişikliyi etdi
Ukrayna prezidenti Volodimir Zelenski
ölkənin diplomatik korpusu ilə bağlı bir neçə sərəncam imzalayıb.
TodayPress xəbər verir ki, müvafiq sənədlər Ukrayna
prezidentinin saytında dərc olunub.
Xüsusilə, Ukraynanın Braziliya və Almaniyadakı keçmiş
səfiri Andrey Melnik ölkənin BMT-dəki daimi nümayəndəsi olub.
Bundan əlavə, Zelenski müvafiq sərəncamlarla Qazaxıstan,
Çin, Livan, Norveç, Paraqvay və Finlandiyaya yeni səfirlər təyin edib.
Ukraynanın BMT-dəki əvvəlki daimi nümayəndəsi Sergey
Kislitsya 2024-cü il dekabrın 21-də vəzifəsindən azad edilib.
tag: Ukrayna, Zelenski, Prezident, Almaniya, Braziliya, todaypress.az,