Zelenski: "Ukraynanın ordunu maliyyələşdirməyə pulu yoxdur"
Ukraynanın
daha ordunun maliyyələşdirilməsini təmin etmək üçün maliyyə resursları
yoxdur.
TodayPress xəbər
verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Time” jurnalına
müsahibəsində bildirib.
Onun fikrincə,
Ukrayna ordusu Qərb dövlətləri, ilk növbədə, Avropa ölkələri tərəfindən
maliyyələşdirilməlidir: "Hazırda problem budur, çünki ordumuz heç vaxt
indiki qədər böyük olmayıb. Ordu üç dəfə böyüdükdə əlavə maliyyə vəsaiti lazım
olur. Ukrayna büdcəsi onu həyata keçirmək üçün kifayət deyil".
Ukrayna lideri
qeyd edib ki, Avropanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə biləcək
ayrıca proqramlar yaratmaq lazımdır.
tag: Zelenski, Ukrayna,Müsahibə, Avropa, Rusiya, Müharibə, todaypress.az,