Zelenski Vaşinqtona səfər edəcək

Dünya

26.02.2025 12:06

1954

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 28-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.

TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məlumata görə, bu qərar ABŞ və Ukrayna arasında nadir metallar və digər strateji resurslarla bağlı müqavilənin razılaşdırılmasından sonra verilib.

Tramp "Fox News"a açıqlamasında sözügedən müqavilənin ABŞ üçün əhəmiyyətini vurğulayıb:

“Bu, nadir metallar və digər məsələlərlə bağlı müqavilə olacaq. Zelenski onu imzalamaq üçün buraya gəlmək istəyir. Məncə, bu, əla olacaq. Sonra onlar öz parlamentlərində və ya digər səlahiyyətli qurumlarında razılıq almalıdırlar. Amma əminəm ki, bu, baş verəcək”.

Eyni zamanda, Tramp Ukraynadakı sülh danışıqlarına toxunaraq, ölkəyə sülhməramlı qüvvələrin lazım olacağını bildirib.

Nicat Osman

tag: Ukrayna ,Volodimir Zelenski ,ABŞ ,Donald Tramp,todaypress.az,