Zelenski və Şolts müharibəni müzakirə etdi

Dünya

22.02.2025 12:07

2197

Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts müharibənin başa çatdırılması və təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirə aparıb.

TodayPress xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesabında yazıb.

Zelenski, Almaniyanın Ukraynaya göstərdiyi dəstəyə görə Şoltsa təşəkkür edib. 

O, Berlinin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. 

Qeyd edək ki, münaqişə başlayandan bəri Almaniyanın Ukraynaya verdiyi ümumi yardım 43,6 milyard avroya çatıb.

Nicat Osman

tag: Zelenski,Şolts, Almaniya ,Rusiya, Ukrayna, Sülh, todaypress.az,