Zelenski və Tramp görüşü rəsmiləşdi - YENİLƏNDİ
Ukrayna lideri Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimindən əvvəl ABŞ prezidenti Donald Trampla görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Töhfə Səməd
***
14:55
Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp Romada görüş zamanı danışıqları davam etdirməyə razılaşıblar.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV yazıb.
Təxminən 15 dəqiqə çəkən görüşün bu gün davam etdiriləcəyi qeyd edilib.
tag: Zelenski,Tramp,Roma,Görüş,Todaypress.az,