Zelenski və Tramp Romadadır

Dünya

26.04.2025 10:28

12

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romaya gəlib. 

TodayPress xəbər verir ki, bu barədə "Truth Social" sosial şəbəkəsi və “Strana” nəşri məlumat yayıb.

“Romada indicə eniş etdim. Rusiya və Ukrayna ilə danışıqlar aparmaq və görüşlər keçirmək üçün yaxşı gündür” deyə Tramp bildirib.

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,Ukrayna ,Volodimir Zelenski,todaypress.az,