Zelenski Vensi tənqid etdi

Dünya

14.04.2025 10:10

15

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensi Rusiyanı dəstəkləməkdə ittiham edib.   

TodayPress xəbər verir ki, o, bu barədə "CBS" telekanalına müsahibəsi zamanı bildirib. 

Ukrayna lideri həmçinin Rusiyanın siyasi rəhbərliyinin ABŞ vitse-prezidentinə təsir göstərdiyini deyib.

Onun fikrincə, Vens təbliğat aparmaqla məşğuldur.   

Türkan İsgəndərli

tag: ABŞ,Vens,Ukrayna,Zelenski,Todaypress.az,