Zelenski yaxın vaxtlarda resurslarla bağlı müqavilə imzalayacaq

Dünya

22.02.2025 07:45

2256

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtonla mineral ehtiyatlara dair saziş imzalayacağına əmin olduğunu bildirib.

TodayPress xəbər verir ki, bu barədə o, CPAC-ın mühafizəkar konfransında bildirib.

“Zelenski bu müqaviləni imzalayacaq və siz bunu yaxın gələcəkdə görəcəksiniz və bu, Ukrayna üçün yaxşıdır".

O, belə qənaətə gəlib ki, Ukrayna üçün ABŞ-la iqtisadi tərəfdaşlıqdan yaxşı heç nə yoxdur.

tag: ABŞ, Mayk Vals, Ukrayna, Zelenski, Tramp, Müqavilə,todaypress.az,