Zelenski Zalujnını yeni vəzifəyə təyin etdi

Dünya

04.03.2025 10:43

1795

Ukrayna prezidenti Volodimir Zelenski Valeri Zalujnını Ukraynanın Beynəlxalq Dəniz Təşkilatında daimi nümayəndəsi təyin edib.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Zalujnı 2021-2024-cü illərdə Ukrayna Ordusunun baş komandanı postunu tutub. O, ötən ilin martında Böyük Britaniyaya səfir təyin edilib.

Xatırladaq ki, Beynəlxalq Dəniz Təşkilatı 1948-ci ildə yaradılıb və dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyır.

Nicat Osman

tag: Ukrayna ,Volodimir Zelenski,Valeri Zalujnı,Beynəlxalq Dəniz Təşkilatı,Böyük Britaniya,todaypress.az,