Zelenskidən Rusiyanın Kurskla bağlı iddiasına cavab

Dünya

15.03.2025 17:00

722

"Rusiyanın Kursk vilayətindəki Ukrayna qoşunları mühasirəyə alınmayıb".    

TodayPress xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Ukrayna prezidenti Volodimir Zelenski deyib.       

“Qüvvələrimizin Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam edir. Bölmələr öz tapşırıqlarını dəqiqliklə yerinə yetirirlər. Kursk vilayətindəki Ukrayna qoşunlarının sayəsində xeyli sayda Rusiya qüvvələri başqa istiqamətlərə yönəldilib. Qoşunlarımız Kursk vilayətində rus və Şimali Koreya qruplaşmalarına qarşı müqaviməti davam etdirir. Qoşunlarımız mühasirədə deyil” o bildirib.   

"Qüvvələrimizin Kursk vilayətinin təyin olunmuş ərazilərində əməliyyatı davam edir. Bölmələr tapşırıqları dəqiqliklə yerinə yetirir. Kursk vilayətindəki Ukrayna qüvvələri sayəsində Rusiya qüvvələrinin xeyli hissəsi başqa istiqamətlərdən yayındırılıb" Zelenski qeyd edib. 

Zelenskinin sözlərinə görə, Ukrayna qoşunları Kursk bölgəsində Rusiya və Şimali Koreya qüvvələrini saxlamağa davam edir və Ukrayna qoşunlarının mühasirədə deyil. 

O hesab edir ki, Rusiya qüvvələrinin artırılması Moskvanın diplomatiyaya məhəl qoymamaq və müharibəni davam etdirmək niyyətində olduğunu göstərir. 

Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi Kurskdakı Ukrayna qüvvələrinin mühsirəyə alındığını iddia edib. 

Türkan İsgəndərli

tag: Zelenski,Ukrayna,Putin,Rusiya,Todaypress.az,