Zelenskinin Münhendə Vens ilə görüşəcəyi gözlənilir

Dünya

14.02.2025 16:25

1969

Ukrayna prezidenti Volodimir Zelenskinin fevralın 14-də Münhendə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə görüşəcəyi gözlənilir. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilib ki, Zelenski Münhen Təhlükəsizlik Konfransından əvvəl Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşməlidir. 

Nəşr yazır ki, görüşə təkan verən ən başlıca səbəblərdən biri Ağ Ev lideri Donald Trampın Vladimir Putinə zəng edib sülh danışıqlarının başlandığını elan edərək ABŞ müttəfiqlərini çaşdırması olub. ABŞ Prezidentinin bu addımı Avropa hökumətlərində onların müharibəni bitirmək üçün müqavilədən kənarlaşdırıla biləcəkləri qorxusunu artırıb ki, bu da Rusiya üçün əlverişli olmaqla yanaşı. öz təhlükəsizliyini poza bilər. 

Qeyd edək ki, Tramp fevralın 12-də Rusiya prezidenti Vladimir Putinlə "yüksək məhsuldar telefon danışığı" apardığını və Ukrayna məsələsi ilə bağlı danışıqlara dərhal başlamaq barədə razılığa gəldiklərini söyləyib. Daha sonra o, Zelenskiyə zəng etdiyini deyib. 

Zelenski Trampın Rusiya prezidentinə zəngi ilə bağlı səmimi münasibət bəsləyib. Eyni zamanda o, dünya liderlərini Putinin müharibəni bitirməyə hazır olduğu iddialarına etibar etməməyə çağırıb. 

Ceyms Devid Vens isə senator kimi ABŞ-nin Ukraynaya dəstəyinə açıq-aşkar şübhə ilə yanaşdığını bildirib. Hətta keçən il Münhen konfransında o, ABŞ-nin strateji prioritetlərinin daha çox Asiya və Yaxın Şərqdə olduğunu qeyd edib. 2022-ci ildə isə “Ukraynada nə baş verdiyi məni maraqlandırmır” deyə senator müsahibə zamanı bildirmişdi. 

Aysel Mətləb

tag: Ukrayna,Zelenski,Münhen,ABŞ,todaypress.az,