Zelenskinin ofisi atəşkəslə razılaşmır
Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak təhlükəsizlik zəmanəti olmadan Ukraynada atəşkəsə imkan verməməyə çağırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “The Guardian” üçün köşə yazısında bildirib.
“Etibarlı və təmkinlə davranmaq istənilən atəşkəsin davamlı sülhə çevrilməsi üçün ən yaxşı şansı təmin etməyə kömək edəcək. Avropa Rusiyanın yenidən silahlanmasına, qüvvələrini yenidən qurmasına icazə verə bilməz” deyə Yermak qeyd edib.
Aysel Mətləb
tag: Ukrayna,Avropa,ABŞ,Andrey Yermak,Todaypress.az,