Zelenskinin reytinqi artdı
Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evdə Amerikalı həmkarı Donald Trampla mübahisəsindən sonra respublikada etimad reytinqi artıb.
TodayPress xəbər verir ki, bu barədə Kiyev Sosiologiya İnstitutu məlumat yayıb.
Belə ki, 2025-ci il fevralın 14-dən martın 4-dək ukraynalılar arasında sorğu keçirilib.
Vətəndaşlardan Trampla mübahisəsindən sonra Zelenskiyə münasibəti soruşulub. Ukraynalıların 67%-i öz prezidentini dəstəklədiyini bildirib. Bu, bir ay əvvəllə müqayisədə 10 faiz çoxdur.
Tədqiqatçılar Zelenskinin artan populyarlığını Trampın sərt ritorikası və Kiyevə hərbi yardımı dayandırmaq qərarı ilə əlaqələndirirlər. Xatırladaq ki, fevralın 28-də ABŞ və Ukrayna prezidentlərinin görüşü mübahisə ilə başa çatıb. Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsizlikdə ittiham edib.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Ukrayna,Tramp,Zelenski,Todaypress.az,